Dünya

Koçaryan və Sərkisyan Paşinyana qarşı birləşdi

26 sentyabr / 20:59 2 dəq
Sarkisyan ve koçaryan
26 sentyabr / 20:59
Burada sizin reklamınız ola bilər

Parlamentdəki “Ermənistan” fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsünə qoşulub.

Qerbxeber.com Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə fraksiyanın üzvü İşxan Saqatelyan məlumat verib.

Parlamentdə keçirilən dinləmələr zamanı o bildirib ki, deputatların imzaları təqdim olunan layihəyə əlavə olunmaq üçün təşəbbüskar “Şərəfim var” fraksiyasına verilib.

Qeyd edək ki, impiçment təşəbbüsünün müəllifi keçmiş prezident Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının “Şərəfim var” parlament fraksiyasıdır. “Ermənistan” fraksiyasına gəlincə, bu, digər sabiq prezident Robert Köçəryana bağlı qüvvələrin blokudur.

Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı var. “Ermənistan” fraksiyası isə parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.

Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər