Dünya

Kiyevin havadan qorunmasına 6 milyardan çox vəsait ayrılacaq

11 iyul / 22:44 1 dəq
Kyiv montage
11 iyul / 22:44
Burada sizin reklamınız ola bilər

Ukraynanın paytaxtı Kiyevin hava sahəsinin mühafizəsi üçün 6.2 milyon dollar həcmində vəsait ayrılacaq.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə paytaxtın hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko özünün “Telegram” hesabında bildirib.

“Bu məbləğ sadəcə hərbi avadanlıq almaq üçün yox, həm də effektiv cavab sistemi yaratmaq üçün istifadə olunacaq”, – Tkaçenko qeyd edib.

Son vaxtlar Rusiyanın Kiyevə kütləvi hücumları ölkə rəsmilərini paytaxtın müdafiəsini gücləndirməyə vadar edib.

Paylaş
Burada sizin reklamınız ola bilər