Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Fəaliyyətində nöqsan aşkarlanan qurumlar açıqlanıb

17 aprel / 16:40 2 dəq
1532944430404841838 1000x669
17 aprel / 16:40
Burada sizin reklamınız ola bilər

Hesablama Palatası ötən il üzrə ayrı-ayrı dövlət qurumlarında aparılan tədbirlərin nəticəsi üzrə müəyyən edilmiş nöqsanları və yol verilmiş nöqsanların məbləğ hissəsində nöqsan istiqamətinin xüsusi çəkisi əks olunan məlumatı açıqlayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi (Olimpiya İdman Komplekslərinin saxlanılması üzrə) və “Bakı Metropoliteni” QSC büdcə qanunvericiliyinin pozulması hallarının ən çox aşkar edildiyi qurumlardır.

Qurumlarda bu hal üzrə qeydə alınan nöqsan sayı müvafiq olaraq 10, 4 və 3-dür.

Dövlət satınalmaları ilə bağlı nöqsanlara gəlincə, Dövlət Komitəsində bu hal 5, Nazirlikdə 8, QSC-də isə 6 dəfə baş verib.

Palatanın hesabatına görə, vergi və gömrük qanunvericiliyinin pozulması halına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən il ərzində rast gəlinməyib. Gənclər və İdman Nazirliyində isə bu hal 2, “Bakı Metropoliteni” QSC-də isə 4 dəfə baş verib.

Bundan başqa, ötən il ərzində mühasibat uçotu və hesabatlılıq ilə bağlı komitədə 5, Nazirlikdə 7, QSC-də isə 4 nöqsan aşkar edilib.

Ümumilikdə, bu qurumlar üzrə baş vermiş nöqsanların yekun sayı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 27, Gənclər və İdman Nazirliyi üzrə isə 24, “Bakı Metropoliteni” QSC üzrə 21-dir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı