Dünya

KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməyib

15 fevral / 09:36 2 dəq
88bafc4c F9d7 3796 86de 832bdc1e9e00 850
15 fevral / 09:36
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib.

Qerbxeber.com məlumatına görə, bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb.

“Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ondan imzalamasını istədikləri sənəd verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi”, – deyə jurnalist bildirib.

Eyni zamanda, “Reuters” mənbəyə istinadən qeyd edib ki, Ukrayna lideri hiss edib ki, ondan oxumaq imkanı olmayan bir şeyi əsassız olaraq imzalamağı xahiş edirlər.

“Zelenski ABŞ nümayəndələri ilə Ukrayna Konstitusiyasına uyğun olaraq hazırlanmış mədən sazişi ilə bağlı öz təklifini də müzakirə edib”, – nəşr qeyd edib.

ABŞ senatoru Brayn Şatz Münhendə Zelenski ilə görüşdən sonra ABŞ Prezidenti Donald Trampın təklifinin təkmilləşdirməyə ehtiyacı olduğunu deyib. Lakin detallar barədə danışmaqdan imtina edib. O, həmçinin bildirib ki, Zelenskinin sövdələşmənin birtərəfliliyi ilə bağlı iddiaları ədalətlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər