Dünya

KİV: Tramp administrasiyası Ukrayna iqtisadiyyatına nəzarəti etmək istəyir

29 mart / 09:49 1 dəq
67e5bade340a267e5bade340a3174310883067e5bade340a067e5bade340a1
29 mart / 09:49
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarətini təmin edəcək sazişi imzalaması üçün təkid edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə ABŞ xüsusilə Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir metalları və liman tikintisində iştirakda birincilik əldə etməyə çalışır.

Qəzet qeyd edir ki, Ukrayna hakimiyyəti sazişin şərtlərinin onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir.

Analitiklər deyirlər ki, ABŞ-ın yeni tələbləri xüsusilə prezident Donald Tramp və Volodimir Zelenski arasında baş verən son münaqişədən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər.

Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində layihələrin siyahısını təqdim etməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər