Dünya

KİV: İsrail ordusu Qəzza zolağına daxil olub

27 oktyabr / 10:01 1 dəq
Indir 2023 10 27T100032.186
27 oktyabr / 10:01
Burada sizin reklamınız ola bilər

İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.

“Qərb Xəbər” bildirir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.

Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar, HƏMAS və terrorçu hədəflərə qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər