Dünya

KİV: İrakli Qaribaşvili “Gürcü Arzusu”nu tərk etməyə hazırlaşır

3 dekabr / 17:09 1 dəq
674efcd1d0f76674efcd1d0f771733229777674efcd1d0f74674efcd1d0f75
3 dekabr / 17:09
Burada sizin reklamınız ola bilər

“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasını tərk edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “TvPirveli” kanalı yayıb.

Kanalın yaydığı məlumata əsasən, sözügedən məsələni Qaribaşvilinin yaxın ətrafı təsdiqləyib. Məlumatda deyilir ki, o, bizneslə məşğul olmaq üçün bu addımı atmağa hazırlaşır.

“Gürcü Arzusu”nun rəhbərləri Qaribaşviliyə formal olaraq komandada qalmağı təklif edir və etirazlar fonunda açıqlama verməməsini xahiş edirlər.

Qaribaşvilinin isə nə qərar verəcəyi məlum deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər