Dünya

KİV: ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım edəcək

22 iyul / 09:04 2 dəq
0e0279ef 62d6 3cbf 86e4 0e217210b641
22 iyul / 09:04
Burada sizin reklamınız ola bilər

ABŞ iyulun 25-də Ukraynaya artilleriya, zenit raketləri və yerüstü nəqliyyat vasitələrini ehtiva edən 400 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin yeni hərbi yardım paketinə bir neçə “Stryker” zirehli transportyor, minatəmizləmə avadanlığı, NASAMS zenit-raket sistemləri üçün döyüş sursatları, HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) sistemləri üçün döyüş sursatları daxil olacağı gözlənilir.

Bundan başqa, planlaşdırılır ki, Ukraynanın təhlükəsizlik dəstəyinin yeni tranşına tank əleyhinə silahlar, xüsusilə TOW və “Javelin”, həmçinin “Patriot” və “Stinger” zenit-raket kompleksləri üçün döyüş sursatları daxil olacaq.

Kasset sursatları, çox güman ki, yeni paketdə olmayacaq, lakin onun məzmunu üzərində hələ iş gedir.

Ukraynaya yeni yardım tranşı birbaşa ABŞ ordusunun anbarlarından silah və texnikanın ötürülməsinə imkan verən “Presidential Drawdown Authority” mexanizmi vasitəsilə təmin ediləcək. Bu, 2022-ci ilin fevralından bəri 43-cü belə tranş olacaq.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Amerikanın Ukraynaya hərbi yardımının ümumi məbləği 41 milyard dollardan çox olub.

Paylaş
Burada sizin reklamınız ola bilər