Dünya

KİV: ABŞ Gürcüstanda “xarici agentlər” haqqında qanunun müəlliflərinə sanksiya tətbiq edəcək

20 may / 14:34 1 dəq
664b1209ed852664b1209ed8531716195849664b1209ed850664b1209ed851
20 may / 14:34
Burada sizin reklamınız ola bilər

ABŞ “demokratiyanı qorumaq məqsədilə” Gürcüstan rəsmilərinə sanksiya tətbiq edə bilər.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilib ki, nəşrin gördüyü qanun layihəsinə əsasən hakim “Gürcü Arzusu” partiyasından olan deputatlara, hüquq mühafizə orqanlarının zabitlərinə, həmçinin Rusiyanın ölkədəki mümkün agentlərinə qarşı sanksiya tətbiq edilə bilər.

Qeyd olunub ki, qanun layihəsi bu gün Cənubi Karolina ştatından olan respublikaçı nümayəndə Co Uiolson tərəfindən Konqresə təqdim ediləcək.

“Gürcüstanın Rusiya tipli “xarici agentlər” qanununun irəli sürülməsinə cavabdeh olan məmurlar ABŞ Konqresinə təqdim ediləcək yeni qanun layihəsinə əsasən aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşə bilər”,- məlumatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər