Dünya

KİV: “ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalaması üçün İrəvana təzyiq edir”

28 aprel / 14:44 1 dəq
9a12182e 6d96 3de9 b85f 801ed8449b52
28 aprel / 14:44
Burada sizin reklamınız ola bilər

“ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq edir”.

“Qərb Xəbər” xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, Vaşinqton Azərbaycan və Ermənistanın may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantı təsdiqləmələrini istəyir.

Nəşrin məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sonuncu səfəri də bununla bağlıdır.

Lakin Ermənistan sülh gündəliyindən uzaq olduğuna görə, ABŞ-ın İrəvana təzyiqləri artıracağı gözlənilir.

Qeyd edək ki, E.Olson aprelin 18-də Ermənistana, bir gün sonra, aprelin 19-da isə Azərbaycana səfər edib. O, bir sıra rəsmi şəxslərlə, o cümlədən ölkə liderləri ilə görüşüb. Müzakirələrin əsas mövzusu İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi olub.

Paylaş
Burada sizin reklamınız ola bilər