Dünya

KİV: Ərdoğan BMT Baş katibi ilə “Taxıl saziş”inin bərpasını müzakirə edəcək

14 sentyabr / 09:24 1 dəq
ərdoğan
14 sentyabr / 09:24
Burada sizin reklamınız ola bilər

“Taxıl sazişi”ni bərpa etmək üçün lazım olan konkret şərtlər BMT-nin Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qurmun Baş katibi Antonio Quterreş arasında planlaşdırılan danışıqların gündəliyində olacaq.

“Qərb Xəbər” bildirir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə məlumat verib.

Mənbə ABŞ-dakı görüşdə sövdələşmənin effektiv və sürətli bərpası üçün konkret şərtlərin müzakirə olunacağını gözlədiyini vurğulayıb.

Mənbə qeyd edib ki, Ankara BMT-dən “Taxıl sazişi” kontekstində Rusiya Federasiyası ilə bağlı təkliflərin yekunlaşdırılmasını xahiş etmək niyyətindədir, görüləcək tədbirlər dəqiqləşdirib. Gündəliyə bu razılaşmalarla bağlı Rusiya rəhbərliyinə yeni məktub göndərilməsi daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər