Bölgə xəbərləri

Kılıçdaroğlu: Özdağla görüşümüz gözəl və məhsuldar oldu

19 may / 17:03 1 dəq
1684493453 8a166d66 f8c3 4078 b631 7a405dfcd7b4
19 may / 17:03
Burada sizin reklamınız ola bilər

Türkiyədə “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və “ATA İttifaqı”na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasındakı görüş başa çatıb.

“Qərb Xəbər” BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, tərəflər mətbuat nümayəndələrinə nəticələr barədə açıqlama veriblər.

Kılıçdaroğlu gözəl və məhsuldar bir görüş keçirildiyini vurğulayıb.

Özdağ isə ikinci turda kimi dəstəkləyəcəkləri barədə yekun qərarı daxili məsləhətləşmələrdən sonra açıqlayacaqlarını bildirib.

“Bəzi suallarımız var idi, soruşduq, detallı cavablar aldıq. Bu cavablar çərçivəsində biz səlahiyyətli orqanlarımızda dəyərləndirməmizi edəcəyik”, – deyə o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər