Kateqoriyasız

“Keşlə” legioneri cəzalandırılıb

28 avqust / 15:21 1 dəq
60b088da 34e6 4d0f 87ed dd08733b4d39
28 avqust / 15:21
Burada sizin reklamınız ola bilər

AFFA İntizam Komitəsi “Keşlə” klubunun futbolçusu Sezar Meza Kollini cəzalandırıb. 

Səbəb paraqvaylı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının II turunda “Sabah” komandası ilə səfər matçının 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır. Meza Kolli “Qəbələ” ilə növbəti tur qarşılaşmasını buraxmalı olacaq. Onun klubu isə 200 manat cərimələnib.

Qeyd edək ki, görüş “Keşlə”nin qələbəsi ilə yekunlaşıb – 1:0.

Paylaş
Burada sizin reklamınız ola bilər