Hadisə

Keşiş Baqratın həbs müddəti 3 ay uzadıldı

21 avqust / 16:24 1 dəq
Baqrat
21 avqust / 16:24
Burada sizin reklamınız ola bilər

Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbsi müddətini daha 3 ay uzadıb.

Bu haqda məlumatı Ermənistan mətbuatı yayıb.

Qeyd edək ki, Qalstanyan “terror aktına hazırlıq və hakimiyyətin qəsb edilməsi” ittihamı ilə günahlandırılır.

Baş nazir Paşinyan cari ilin may ayınan etibarən kilsəyə qarşı hücumlarını kəskin şəkildə gücləndirmiş, sosial şəbəkələrdə kilsə rəhbərləri haqda tənqidi paylaşımlar etmiş və katolikos seçkilərinin dövlətə tabe edilməsini təklif etmişdi.

Bunun ardınca Ermənistanda bir neçə yüksək rütbəli din xadimi, o cümlədən arxiyepiskoplar Bağrat Qalstanyan və Mikael Ajapahyan, həmçinin kilsəni dəstəkləyən iş adamı Samvel Karapetyan həbs olundular. Onlar hakimiyyətin devrilməsinə çağırışda ittiham edilirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər