Avropa

Kaya Kallas kiberhücumlarla bağlı bəyanat verdi

14 iyul / 00:42 2 dəq
Kallas
14 iyul / 00:42
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) kiberhücumlarla əlaqədar Rusiyanın Aİ yanındakı nümayəndəsini çağıracaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib. Məlumat Aİ-nin diplomatik xidmətinin saytında yerləşdirilib.
Onun sözlərinə görə, Rusiya kiberhücumlarının miqyası və intensivliyi getdikcə artır.
“İlk dəfədir ki, Aİ və Böyük Britaniya eyni vaxtda bu hücumları təmin edən daha geniş ekosistemə, o cümlədən cinayətkarlara, haktivistlərə və Mosvkanın göstərişi ilə fəaliyyət göstərən şirkətlərə qarşı sanksiyalar tətbiq edib”, – deyə Kallas əlavə edib.
O, həmçinin iddia edir ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni kiber-sanksiyalar paketi indiyə qədər qəbul edilmiş ən böyük paketdir.
Qeyd edək ki, iyulun 13-də Avropa Birliyi Şurası Rusiyanı Ukrayna da daxil olmaqla on Avropa ölkəsinə qarşı “zərərli kiber fəaliyyətlərdə” ittiham edən bəyanat yayıb.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı