Dünya

Kanada Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına müşahidəçilər göndərəcək

26 oktyabr / 14:28 1 dəq
653a350101c48653a350101c491698313473653a350101c3a653a350101c47
26 oktyabr / 14:28
Burada sizin reklamınız ola bilər

Kanada yaxın zamanda Ermənistana müşahidəçilər göndərəcək.

“Qərb Xəbər” məlumat verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinq zamanı deyib.

Onun sözlərinə görə, Kanada XİN rəhbəri Melani Coli ölkəsinin Ermənistana müşahidəçi göndərmək arzusunu bildirib və əlavə edib ki, Kanada Avropa İttifaqına üzv olmayan dövlətlər arasında belə bir təkliflə çıxış edən ilk ölkə olacaq.

Nazir müqavini qeyd edib ki, Kanada müşahidəçiləri – onların sayı 2 nəfər olacaq – Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi mülki missiyasının tərkibində yer alacaq.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər