Dünya

Kamerunda vəba epidemiyasından ölənlərin sayı 426 nəfərə çatıb

2 iyun / 09:16 1 dəq
97ebbe06 1f43 3305 b0bf 68ebb2ce703a
2 iyun / 09:16
Burada sizin reklamınız ola bilər

Kamerunda vəba epidemiyasından ölənlərin sayı 426 nəfərə çatıb.

Bu barədə “Qərb Xəbər” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ölkədə 2021-ci ilin oktyabrında elan edilən vəba epidemiyasından insan tələfatı artır. Mart ayından bu günədək vəba xəstəliyinə yoluxanların sayının artdığı ölkədə son iki həftədə daha 26 nəfər həyatını itirib. Bununla vəbadan ölənlərin ümumi sayı 426 nəfərə çatıb.

Kamerunun Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda təsdiqlənmiş yoluxma halların sayı 1 868-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı hesabatında 2023-cü ilin əvvəlindən Afrikanın 14 ölkəsində vəba xəstəliyinin aşkar edildiyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər