Hadisə

Kəlbəcərdəki Azərbaycan mövqeləri intensiv atəşə tutulub

18 may / 10:34 1 dəq
91fc644d f998 31b8 9fa7 42ea52e3daec
18 may / 10:34
Burada sizin reklamınız ola bilər

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

“Qərb Xəbər” xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək Azərbaycan Ordusunun bölmələrini atəşə tutub.

Adekvat cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər