Hadisə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

16 iyul / 10:06 1 dəq
1604484268427 xmnBl9rv
16 iyul / 10:06
Burada sizin reklamınız ola bilər

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Paylaş
Burada sizin reklamınız ola bilər