İdman

James Rodriguez Copa Amerikada yeni rekord müəyyənləşdirib

11 iyul / 12:50 1 dəq
Indir
11 iyul / 12:50
Burada sizin reklamınız ola bilər

Kolumbiya millisinin kapitanı Xames Rodriges ABŞ-də təşkil olunan Amerika Kubokunda yeni rekorda imza atıb.

Qərbxəbər.com bildirir ki, 32 yaşlı futbolçu buna yarımfinalda Uruqvay yığmasına qalib gəldikləri (1:0) matçda məhsuldar ötürmə verməklə nail olub.

Hazırkı yarışda assistlərin sayını altıya çatdıran yarımmüdafiəçi bir turnirdə bu rəqəmə çatan ilk oyunçudur.

Qeyd edək ki, Kolumbiya millisi finalda Argentina ilə üz-üzə gələcək. İyulun 15-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər