Kateqoriyasız

İyulun ilk hava xəbəri

30 iyun / 13:20 1 dəq
30 iyun / 13:20
Burada sizin reklamınız ola bilər

İyulun 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər