Dünya

“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri

7 iyul / 23:49 2 dəq
AbŞ gürcustan səfiri
7 iyul / 23:49
Burada sizin reklamınız ola bilər
ABŞ-ın Gürcüstandakı səfiri Robin Danigan açıq şəkildə “Gürcü Arzusu” partiyasının fəxdri sədri Bidzina İvanişvilini ölkənin maraqlarını nəzərə almamaqda ittiham edir.

Qerbxeber.com  Aktual.ge -ə istinadən xəbər verir ki, diplomat “Azadlıq Radiosu”na verdiyi müsahibədə belə deyib.

Səfir söyləyib ki, Bidzina İvanişvili sistemli şəkildə ABŞ administrasiyası ilə dialoqdan imtina edib və onun fikrincə, bununla şəxsi maraqlarını Gürcüstanın milli maraqlarından üstün tutub.

“Mən ehtimal edə bilərəm ki, Bidzina İvanişvili şəxsi maraqlarını ölkə maraqlarından üstün tutur. Bunu ona görə deyirəm ki, biz onunla görüş tələb etmişdik. Tramp administrasiyası dövründə mənim onunla görüşərək məktub təqdim etməyimi istədilər. Bayden administrasiyası dövründə də mən onunla görüşmək istədim ki, münasibətlərimizi düzgün məcraya qaytarmağın yollarını müzakirə edək, lakin o, bu təklifdən imtina etdi”, – deyə Robin Danigan qeyd edib.

Onun sözlərinə görə, Bidzina İvanişvili bu imtinanın rəsmi səbəbi kimi özünün sanksiyaya məruz qalmasını göstərib.

“Bayden administrasiyası dövründə mən onunla görüş tələb etdim ki, münasibətlərimizi düzgün yola qaytarmağın yollarını müzakirə edək, lakin o, bu görüşdən imtina etdi. Onun verdiyi rəsmi səbəb sanksiyaya məruz qalması idi. Mən düşünürəm ki, əgər ölkənin de-fakto lideri ABŞ rəhbərliyi ilə görüşmək və ya Tramp administrasiyasından gələn mesajı qəbul etmək istəmirsə, bu faktiki olaraq şəxsi maraqlarını gürcü xalqının maraqlarından üstün tutması deməkdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər