Bölgə xəbərləri

İstanbuldakı partlayışda yaralı sayı 81 nəfərə çatıb

13 noyabr / 22:26 1 dəq
315502669 812324236550862 7218326551823278403 n
13 noyabr / 22:26
Burada sizin reklamınız ola bilər

“Belə görünür ki, qadın hesab etdiyimiz terrorçunun bombanı partlatması nəticəsində terror aktı olub”.

Bunu istanbuldakı partlayış yerində olan Türkiyənin vitse-prezident Fuat Oktay deyib.

“6 nəfəri itirmişik, onlardan 4-ü hadisə yerində həlak olub. 81 yaralımız var, onlardan 2-sinin vəziyyəti ağırdır”, – deyə o, bildirib.

“Biz qərarlıyıq. Bu hadisələrin arxasında kim dayanırsa, dünyanın harasına getsə də, cavab verəcək. Bu işi tezliklə çözəcəyik. Bu terrorçuların arxasında kim dayanırsa, cavab verəcək”, – deyə Oktay əlavə edib.

Qeyd edək ki, hazırda Fuat Oktayla yanaşı, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ da hadisə yerindədirlər.

OdaTV İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayıb.

315502669_812324236550862_7218326551823278403_n

Jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb.

Sonradan məhz həmin yerdə partlayış baş verib.

Paylaş
Burada sizin reklamınız ola bilər