Dünya

İstanbuldakı kimyəvi maddələr anbarında yanğın olub

11 aprel / 15:23 1 dəq
67f8eb1e537ee67f8eb1e537ef174436636667f8eb1e537eb67f8eb1e537ed
11 aprel / 15:23
Burada sizin reklamınız ola bilər

İstanbulun Başakşehir rayonundakı İkitelli Sənaye zonasında yerləşən kimyəvi maddələr anbarında yanğın başlayıb.

Qerbxeber.com “ntv.com.tr”-yə istinadən xəbər verir ki, qısa müddətdə ətrafı tüstü dumanı bürüyüb. Yanğın yaxınlıqdakı avtomobillərə də yayılıb.

Bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əraziyə çox sayda yanğınsöndürən və polis əməkdaşı cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Yaxınlıqdakı yanacaq anbarı da yanğından mühafizə olunub.

Yaxınlıqdakı insanlar təhlükəsiz yerə təxliyə edilib. Zərərçəkənlərlə bağlı məlumat hələ ki, yoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər