Dünya

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 300 nəfəri ötüb

18 mart / 11:36 1 dəq
0da090bf B58b 3bc4 B5a0 338cbe1f6da3 850
18 mart / 11:36
Burada sizin reklamınız ola bilər

İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Qerbxeber.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.

“İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 310-a çatıb, yüzlərlə yaralı və itkin düşən var”, – “Al Jazeera” telekanalının istinad etdiyi nazirliyin məlumatında bildirilib.

Martın 18-i gecə İsrail Silahlı Qüvvələri Qəzza zolağına kütləvi zərbələr endirdiyini bildirib. “Axios” nəşrinin Baş nazir Benyamin Netanyahunun ofisindən aldığı məlumata görə, İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarına gəlib. Hücum qərarı Fələstin hərəkatının atəşkəsi pozmaq planları ilə əsaslandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər