Dünya

İsrailin Qəzzada hərbi əməliyyatı üçüncü mərhələyə daxil olub

31 oktyabr / 08:36 1 dəq
D2873c9255b4aba86bb1a84b36d34b79netanyu jpg
31 oktyabr / 08:36
Burada sizin reklamınız ola bilər

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat Fələstin anklavında yerüstü əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə daxil olub.

“Qərb Xəbər” məlumat verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz müharibənin ortasındayıq. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir”, – Netanyahu əlavə edib.

O xatırladıb ki, İsrail üçün əsas məqsəd Fələstinin HƏMAS radikal qruplaşmasının hərbi və inzibati potensialını tamamilə məhv etməkdir. Onun sözlərinə görə, İsrail ordusu sistemli və güclü şəkildə irəliləyir.

Bundan əlavə, İsrail ordusu Livandan endirilən zərbələrə görə şimal cəbhəsində yüksək hazırlıq vəziyyətinə gətirilib: “HƏMAS məğlub olacaq, başqa Qəzza olacaq”.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər