Dünya

İsraildə terror aktı törədilib, ölən və yaralananlar var

8 aprel / 09:15 1 dəq
43686c82 81d0 3039 bf17 8d0e760b6686
8 aprel / 09:15
Burada sizin reklamınız ola bilər

İsrailin Təl-Əviv şəhərində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Məlumata görə,  terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.

Hazırda hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər