Hadisə

İsraildə kütləvi etirazlar yenidən başlayıb

2 aprel / 09:36 1 dəq
Edfe7e0b b9a7 3b1d babe d5d11cdfe813
2 aprel / 09:36
Burada sizin reklamınız ola bilər

İsrail müxalifəti Baş nazir Binyamin Netanyahunun layihənin təsdiqini ən azı yaya qədər dayandırmaq qərarına baxmayaraq, axşam saatlarında məhkəmə islahatına qarşı yenidən kütləvi etiraz aksiyaları təşkil edib.

“Qərb Xəbər” xəbər verir ki, ən böyük nümayiş ötən həftələrdə olduğu kimi Təl-Əvivdə keçirilib.

Nümayişçilər öncə şəhərin mərkəzi bulvarları boyu məşəl və pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər. Minlərlə etirazçı “İsrail diktatura deyil”, “Demokratiya ya üsyan” şüarları səsləndiriblər. Yürüş şəhərin şərqində hökumət binaları kompleksinin yaxınlığında başa çatıb.

Paylaş
Burada sizin reklamınız ola bilər