Dünya

İsrail İranın Şərqi Azərbaycan ostanlığında 10 hədəfi vurdu

13 iyun / 15:51 1 dəq
Thaad raket
13 iyun / 15:51
Burada sizin reklamınız ola bilər

Bu gün səhər saatlarında İsrail İrana hava hücumu çərçivəsində Şərqi Azərbaycan əyalətində 10 hədəfə zərbələr endirib.

Qerbxeber.com xəbər verir ki, bunu Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məcid Fərşi deyib.

O, zərbələrin hamısının hərbi hədəflərə endirildiyini, 3 nəfərin öldüyünü və 6 nəfərin yaralandığını bildirib.

“Təbrizdə 7, Marağada 1 və Bostanabadda 2 hərbi hədəfə hava zərbələri endirilib”, – Fərşi əlavə edib.

Qeyd edək ki, hava hücumu nəticəsində Təbriz yaxınlığındakı “Şəhid Kərimi” və “Əlzəhra” kazarmaları, habelə Sərdəri bölgəsindəki radar stansiyası dağıdılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər