Dünya

İspanyanın XİN Xose Manuel Albarez: İsrailə silah satışı qəbulolunmazdır

26 may / 09:01 1 dəq
Indir 2025 05 26t090040.003
26 may / 09:01
Burada sizin reklamınız ola bilər

İspaniya hökuməti İsrailə silah satışına embarqo tətbiq edilməsinin tərəfdarıdır.

Qerbxeber.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xose Manuel Albarez bildirib.

“Hamı silah tədarükünə embarqo tətbiq etməlidir. İsrailə silah satışı qəbulolunmazdır”, – nazir qeyd edib.

Albarez Avropa İttifaqı ilə İsrail arasında mövcud olan assosiasiya sazişinin dayandırılmasına da çağırıb.

O qeyd edib ki, bu addım Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmadığı təqdirdə atılmalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər