Dünya

İraqlı qruplaşma ABŞ-ın hərbi bazasına hücuma görə məsuliyyəti üzərinə götürüb

29 yanvar / 11:04 1 dəq
65b74a3095ce965b74a3095cea170651089665b74a3095ce765b74a3095ce8
29 yanvar / 11:04
Burada sizin reklamınız ola bilər

“İraqın İslam Müqaviməti” adlı hərəkatı ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına pilotsuz uçan aparatla endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “The Washington Post“ adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin adının çəkilməsini istəməyən həmsöhbəti bildirib ki, bir neçə qrupu birləşdirən hərəkat hücuma görə məsuliyyəti öz üzərinə götürür.

Xatırladaq ki, ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücum zamanı 3 amerikalı hərbçi ölüb, 30-dan çoxu yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər