Dünya

İraq və İran sərhədində güclü partlayış və yanğın baş verib

27 avqust / 09:17 1 dəq
66cd40c48da7466cd40c48da75172472749266cd40c48da7266cd40c48da73
27 avqust / 09:17
Burada sizin reklamınız ola bilər

İraq və İran arasındakı Pərvizxan sərhəd keçid məntəqəsində baş verən yanğın yaxınlıqda olan yanacaq daşıyan tankerlərə sıçrayıb.

Qerbxeber.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yanğın nəticəsində yanacaq tankerləri partlayıb və 11 yanacaq tankeri yararsız hala düşüb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğınsöndürmə işləri davam edir və hələlik yanğının səbəbi məlum deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər