Dünya

İranlı turistlər Novruzu Türkiyədə əyləncə kulublarında qeyd edir-Foto/Video

20 mart / 22:53 2 dəq
Ianli turistlər
20 mart / 22:53
Burada sizin reklamınız ola bilər

Novruz bayramını Türkiyənin Van şəhərində qeyd edən iranlı turistlər martın 20-dən başlayan 13 günlük tətillərini əyləncə mərkəzlərində səhərə qədər əylənərək qeyd ediblər. Qerbxeber.com Bu barədə Oxu.az-a istinadən xəbər verir.

Novruzu yazın gəlişi və yeni ilin başlanğıcı kimi qeyd edən iranlı turistlər yeni ilə öz mədəniyyətlərinə xas “həft sin” süfrəsi hazırlayaraq daxil olublar.

Onlar gündüzlər alış-veriş edib, gecələr isə əyləncə mərkəzlərində əylənirlər.

“Biz də Novruz bayramı üçün Vana gəldik. Van bizə çox yaxındır, mədəniyyətlərimiz bir-birinə yaxındır, insanları da çox gözəldir. Ona görə də biz Vana üstünlük veririk”, – deyə turistlər bildiriblər.

Vanda əylənməklə yanaşı, çoxlu alış-veriş edəcəklərini bildirən iranlı turistlər Novruz bayramının bütün insanlara xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulayıblar.

 

Mənbə: haberglobal.com

Paylaş
Burada sizin reklamınız ola bilər