Bölgə xəbərləri

İranın sabiq nazir müavini edam olundu

14 yanvar / 10:55 1 dəq
63c23b99137fa63c23b99137fb167367362563c23b99137f763c23b99137f9
14 yanvar / 10:55
Burada sizin reklamınız ola bilər

Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

“Qərb Xəbər” “APA”-ya istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.

Bildirib ki, Ə.Əkbərinin İran-Britaniya ikili vətəndaşlığı olub. O, Britaniya kəşfiyyat orqanına casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətdə ittiham olunaraq edam olunub. Ə.Əkbəri casusluq edərək İngiltərə hökumətindən 1 milyon 805 min avro, 265 min funt-sterlinq və 50 min ABŞ dolları maaş alıb.

 

Paylaş
Burada sizin reklamınız ola bilər