İranın 5 vilayəti bombalandı
İsfahan əyalətinin müxtəlif bölgələri hücuma məruz qalıb
Fars vilayətinin rəhbərliyinin binası və Şirazın imam-cüməsinin ofisi bombalanıb.
Tehranın cənubunda partlayış səsi eşidilib. Həmçinin, məlumata görə, Parand şəhəri ətrafında güclü partlayışlar olub.
Lorestan vilayəti də ABŞ və İsrailin hava hücumlarının hədəfinə çevrilib.
Kirmanşaha da ardıcıl raket zərbələri endirilib.
İsrail KİV paytaxt Tehranda partlayışlar barədə məlumat yayıb.
ABŞ və İsrail Hərbi Hava Qüvvələri İranın Qum şəhərinin ətrafını bombardman ediblər.
Hücum zamanı şəhər ətrafındakı iki hərbi obyektin hədəfə alındığı bildirilib.




