İranda göyərtəsində 30 sərnişin olan gəmi batdı
Birləşmiş Ərəb Əmirlikləri bayrağı altında üzən gəmi İran sahillərində batıb.
“Qərb Xəbər” bildirir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.
Məlumata görə, hazırda İran tərəfi axtarış-xilasetmə əməliyyatları həyata keçirir.
İlkin məlumata görə, gəmidə 30 sərnişin olub. Bütün sərnişinlərin xilasedici gödəkçələr geyindiyi bildirilir.



