Yaxın Şərq

İran müharibənin dayandırılması üçün əsas şərtləri açıqladı

Dünən / 09:38 1 dəq
Rzayi
Dünən / 09:38
Burada sizin reklamınız ola bilər

İranda münaqişənin dayandırılması üçün əsas şərtlərdən biri kimi bütün sanksiyaların ləğvi göstərilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, islam respublikasına qarşı tətbiq olunan bütün sanksiyaların aradan qaldırılması döyüş əməliyyatlarının dayandırılması üçün vacib şərtdir.

Qeyd olunur ki, Tehran bu məsələni münaqişənin nizamlanması ilə bağlı əsas tələblərdən biri kimi qiymətləndirir.

Paylaş
Burada sizin reklamınız ola bilər