İran bir-neşə saat sonra atəşkəsi pozdu
İsrail Müdafiə Ordusu İranın atəşkəsi pozduğunu və ölkə ərazisinə yeni raket hücumları barədə məlumat yayıb.
Qerbxeber.com “Report” -a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumatnda bildirilib.
“Bir müddət əvvəl İsrailin şimalında İrandan ölkəyə doğru buraxılan raketlərin aşkarlanmasından sonra sirenalar səslənib”, – məlumatda bildirilib.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri bir sıra əməliyyatları keçirir və “təhlükəni aradan qaldırmaq üçün lazım olan yerlərə zərbələr endirmək” niyyətindədir.
Öz növbəsində İsrail KİV-i qeyd edib ki, Hayfa bölgəsində, Yuxarı Qalileydə, Qərbi Qalileydə və Qolan təpələrində həyəcan siqnalları səslənib. Bildirilb ki, bu, İrandan şimali İsrailə doğru tək bir raket buraxılıb.




