İran atəşkəsi pozmadığını bəyan etdi
İran tərəfindən İsrailə raketin atılması ilə bağlı yayılan məlumatlar təkzib olunur.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.
Bildirilib ki, atəşkəs rejimi tətbiq olunduqdan sonra İran İsrailə raket atmayıb.
Qeyd edək ki, atəşkəs rejimi tətbiq olunduqdan təxminən 1 saat sonra İranın İsrailin Hayfa şəhərinə raket zərbəsi endirməsi ilə bağlı görüntülər yayılıb. Bundan sonra İsrail müdafiə naziri İsrail Katz Tehrana cavab zərbələri endiriləcəyi ilə bağlı açıqlama verib.




