Dünya

İran ABŞ-dan 313 milyon dollar təzminat istəyir

26 aprel / 14:12 1 dəq
48619e01 be52 37c5 a9eb ab8ae9da8ad9
26 aprel / 14:12
Burada sizin reklamınız ola bilər

Tehran məhkəməsi 2017-ci ildə İŞİD terrorçu qruplaşmasının hücumları nəticəsində dəyən ziyana görə ABŞ-ın İrana 313 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

“Qərb Xəbər” xəbər verir ki, məlumatı İran Ədliyyə Nazirliyinin “Mizan” agentliyi yayıb.

Məhkəmə ABŞ-ı terror qrupları yaratmaqda və idarə etmək günahlandırıb.

Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.

Məlumata görə, 2017-ci il iyunun 7-də İranda inqilabın lideri ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu hadisəyə görə İŞİD terror qrupu məsuliyyəti öz üzərinə götürüb.

Paylaş
Burada sizin reklamınız ola bilər