Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İrakli Kobaxidze Gürcüstanın yeni baş naziri oldu

9 fevral / 10:59 2 dəq
Kobaxidze
9 fevral / 10:59
Burada sizin reklamınız ola bilər

Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, İrakli Kobaxidze bu gün parlamentin plenar sessiyasında hökumət proqramını deputatlara təqdim edib. Daha sonra yeni hökumətə etimad səsverməsi keçirilib. 105 parlament üzvünün qeydiyyatdan keçdiyi səsvermədə 84 deputat lehinə, 10 deputat isə əleyhinə səs verib.

Gürcüstan qanunvericiliyinə görə, parlamentin hökumətə etimad göstərməsi üçün 76 deputatın dəstəyi kifayət edir.

Qeyd edək ki, nazirlər kabinetinin tərkibində yeganə dəyişiklik müdafiə naziri Cuanşer Burçuladzenin İrakli Çikovani ilə əvəzlənməsidir. İrakli Kobaxidze daha əvvəl açıqlamasında sabiq müdafiə nazirinin öz istəyi ilə vəzifəsindən ayrıldığını və başqa sahəyə yönəlmək istədiyini bildirib. Kabinetin digər nazirləri öz vəzifələrində qalıblar.

Xatırladaq ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, hakim partiyanın sədri təyin olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı