Bölgə xəbərləri

İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb

15 avqust / 10:43 1 dəq
42ceb250 56a7 3272 9b9d 99037ace16fe
15 avqust / 10:43
Burada sizin reklamınız ola bilər

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər