Bölgə xəbərləri

İqtisadçı: Qiymət artımının səbəbkarı SOCAR-dır

13 iyul / 13:53 2 dəq
D3f642c4 9fd5 41df a1be f74ddf959a50
13 iyul / 13:53
Burada sizin reklamınız ola bilər

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 0.40₼ bahalaşaraq 2₼ olub. Neftin qiyməti isə 6$ ucuzlaşıb.
Məsələ ilə bağlı “Qərb Xəbər“ə danışan iqtisadcı Elşad Məmmədovun sözlərinə görə, benzinin qiymət artımının səbəbi “SOCAR”ın qeyri-peşəkarlığıdır: “Mənim fikrimcə, illər boyunca Azərbaycanın sistem formalaşdırıcı şirkəti olan SOCAR-ın qeyri-peşəkar, qeyri-effektiv idarə etməsinin bu gün nəticələrini bir də görürük. Benzinin qiymətinin artması SOCAR rəhbərliyinin fəaliyyətindəki boşluqların, problemlərin nəticəsidir. Çünki bir tərəfdən deyilir ki, bu bizdə istehsal olunmur, niyə istehsal olunmur? Əgər texnologiya yoxdursa, niyə yoxdur? “SOCAR”ın güclü idarə etməsi var. Nəyə görə indiyə kimi bu işlər görülməyib? Əgər texnologiyalar kifayət etmirsə, bu da bir sual doğurur. Niyə kifayət etmir? Ölkə rəhbərliyi həmişə SOCAR-ın inkişafına böyük pullar ayırıb, böyük diqqət göstərib. Ancaq bunlara baxmayaraq hələdə SOCAR Aİ-95 markalı benzin istehsal edə bilmir. Dəqiq SOCAR-ın texnologoji imkanı yoxdur!?”

Həmçinin iqtisadçı professor dünya bazarında neftin ucuzlaşması barədə danışarkən bildirib ki, Azərbaycan neftinin qiyməti kifayət qədər bahadır. “6$ dollar düşməsi neftin ucuzlaşması demək deyil. Dövlət büdcəsində nəzərdə tutulandan xeyli yüksəkdir və bu heç bir problem yarada bilməz.”

Vüqar Mehtizadə

Paylaş
Burada sizin reklamınız ola bilər