Xəbər

İlyas İsmayılovun son vəziyyəti açıqlanıb

31 yanvar / 10:42 1 dəq
679c60f250b28679c60f250b291738301682679c60f250b26679c60f250b27
31 yanvar / 10:42
Burada sizin reklamınız ola bilər

İlyas İsmayılovun müalicəsi davam edir, vəziyyəti hələ də ağırdır.

Bu barədə Mərkəzi Klinikadan xəbər verilib.

“İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Ümumi vəziyyəti ağır-stabil olaraq qalır”,- məlumatda bildirilib.
Qeyd edək ki, insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə olunduqdan sonra stasionar şöbəyə köçürülmüşdü.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Paylaş
Burada sizin reklamınız ola bilər