Sosial

İl ərzində qeydə alınan yeraltı təkanların sayı

29 dekabr / 14:53 1 dəq
76191e5b 2f70 3022 948d df68139775c0
29 dekabr / 14:53
Burada sizin reklamınız ola bilər

Bu il Azərbaycanda qeydə alınan yeraltı təkanların sayı açıqlanıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

RSXM-nin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələr də təqdim olunub.

Bildirilib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyaların məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi aparılıb. Mərkəz tərəfindən bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.

Azərbaycan və ona bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib.

Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş olub.

Paylaş
Burada sizin reklamınız ola bilər