Xəbər

İcra başçısı Zakir Fərəcovun qara günləri başladı? – Onun səlahiyyətləri əlindən alına bilər

2 fevral / 13:51 1 dəq
Zakir faraj
2 fevral / 13:51
Burada sizin reklamınız ola bilər

Bir müddət əvvəl İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediləndən sonra ona yaxınlığı ilə seçilən Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəyyən səlahiyyətlərinin əlindən alındığı deyilir.

İddia olunur ki, İ.Gülməmmədovanın gedişindən sonra Abşerona qeyri-rəsmi nəzarət imkanları Zakir Fərəcovun əlindən çıxıb, eyni zamanda onun digər səlahiyyətləri də məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Məlumata görə, Zakir Fərəcov hazırda iş başında səlahiyyətlərini icra edir və hətta bu gün şəhər gənclərini qəbul etməyi planlaşdırır.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər