Dünya

Hindistan Pakistan vətəndaşlarını ölkədən çıxarır

25 aprel / 13:22 1 dəq
680b50d3f3e1a680b50d3f3e1b1745572051680b50d3f3e18680b50d3f3e19
25 aprel / 13:22
Burada sizin reklamınız ola bilər

Hindistanın Daxili İşlər Nazirliyi bütün ştatların rəhbərliyinə Pakistan vətəndaşı olan şəxslərin ölkədən çıxarmaqla bağlı göstəriş verib.

Qerbxeber.com-un “navbharattimes” saytına istinadən xəbərinə görə, bunu mətbuata nazir Amit Şah bildirib.

O deyib ki, yerli daxili işlər orqanlarının rəhbərlərinə qərarın dərhal icra olunması tapşırılıb.

Ötən gün Hinidstan tərəfi Pakistan vətəndaşları üçün viza xidmətinin dayandırıldığını açıqlayıb. Məlumatda bütün mövcud vizalar ləğv edildiyi, tibbi vizaların isə yalnız aprelin 29-dək qüvvədə olacağı qeyd edilib.

Qeyd edək ki, Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb, ən azı 26 nəfər ölüb, 17 nəfər ölüb.

Paylaş
Burada sizin reklamınız ola bilər