Siyasət

Hikmət Hacıyev: Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel və Parisdə deyil, regiondadır

21 noyabr / 10:47 1 dəq
Trend hikmet hajiyev 031020
21 noyabr / 10:47
Burada sizin reklamınız ola bilər

“Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır”.

“Qərb Xəbər” məlumat verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir:

“Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Bundan əvvəlki status-kvo, hansı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək yaratmışdı, Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu üzvləri də müdafiə edirdi, bu, haqsız və qəbuledilmız idi”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı