Siyasət

Hazırkı deputatların səlahiyyət müddəti nə vaxt bitir?

5 fevral / 11:56 1 dəq
Trend parliament azerbaijan
5 fevral / 11:56
Burada sizin reklamınız ola bilər

V çağırış Milli Məclisin deputatlarının səlahiyyət müddəti parlamentin yeni tərkibinin ilk iclas günü başa çatacaq.

“Report”un parlamentdən əldə etdiyi məlumata görə, yeni tərkibin ilk iclasında hazırkı deputatlarla yanaşı, deputat köməkçiləri də Milli Məclisdəki işindən ayrılacaqlar.

İlk iclasın fevral ayının sonlarına yaxın, yaxud martın əvvəlində keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər