Qərb Xəbər TV

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimlənib

1 iyul / 08:35 1 dəq
66819456b192366819456b1924171976815066819456b192166819456b1922
1 iyul / 08:35
Burada sizin reklamınız ola bilər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar verib.

Qerbxeber.com xəbərinə görə, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,30 manat məbləğində təsdiq edilib.

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)

 

İstiqamətlər Tariflər (ƏDV daxil, manatla)Ə
1. Bakı-Naxçıvan / Naxçıvan-Bakı 70.00 ₼
2. Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan 60.00 ₼
3. Bakı-Gəncə / Gəncə-Bakı 84.00 ₼
4. Bakı-Qəbələ / Qəbələ-Bakı 65.00 ₼
5. Bakı-Füzuli /Füzuli-Bakı 78.00 ₼
6. Bakı-Zəngilan / Zəngilan-Bakı 83.00 ₼
7. Bakı-Lənkəran / Lənkəran-Bakı 65.00 ₼
8. Bakı-Zaqatala / Zaqatala-Bakı 84.00 ₼
Paylaş
Burada sizin reklamınız ola bilər